İranla Ermənistanın Qarabağda daha bir işbirliyi ÜZƏ ÇIXDI

  • 12:31 - 17 Sentyabr

Qarabağın dağlıq hissəsində - sülhməramlı kontingentin müvəqqəti nəzarət etdiyi ərazidə aparılan tikinti işlərinə iranlı fəhlələr cəlb olunub.

Avropa.info  bildirir ki, bu barədə məlumatı “Qraparak” qəzeti yazıb.

Erməni mətbuatı qeyd edir ki, Xocalı rayonunun Daşbulaq kəndi yaxınlığında salınan yeni yaşayış massivinin tikintisində 20-dən artıq iranlı fəhlə və usta çalışır.

Xəbərdə qeyd edilir ki, qanunsuz tikintini aparan ermənilərin Qarabağdakı  tikinti işlərinin 70% -ni yerinə yetirən və tenderləri qazanan  qeyri-qanuni "Kapavor" şirkətinin rəhbəri Arman Akopcanyandır. O isə  Qarabağdakı erməni separatçıların başçısı Araik Arutyunyana yaxın adamdır.  


Oxunma sayı: 2091

Oxşar yazılar