Türkiyə düşmənləri arasında "liderlik" davası: Terror təşkilatları arasında qarşıdurma çıxdı - CIA və MOSSAD araya girdi

  • 09:51 - 17 Sentyabr

ABŞ -ın işğalından sonra ortaya çıxan regional idarənin əsas aktyorlarından biri olan Kürdüstan Yurdsevərlər Birliyi (KYB) daxilində liderlik uğrunda mübarəziə davam edir. 

Avropa.info xəbər verir ki, Cəlal Talabaninin KYB həmsədrlərindən olan Bafl Talabaninin Lahur Talabaniyə qarşı çevriliş cəhdindən sonra baş verən münaqişə zirvə  nöqtəsinə çatıb. 

İki tərəf arasında baş verən qarşıdurma silahlı atışma səviyyəsinə çatdıqdan sonra İsrail kəşfiyyatı MOSSAD və terror təşkilatı PKK vasitəçi olaraq baş verənlərə müdaxilə edib. PKK terror təşkilatının Suriya uzantısı YPG -yə komandanlıq edən Ferhat Abdi Şahin koalisiya tərəfindən ayrılan vertolyotla Qamışlıdan Süleymaniyyəyə gətirilib. Sentyabrın ilk günlərində İraqda bir həftə qalan terrorçu lider Ferhat Abdi Şahin MOSSAD agentlərinin müşayiəti ilə Süleymaniyyədə Bafl və Lahur Talabani barışdırmaq üçün çox çalışıb. "Türkiyə" qəzetinin Ərbil və Bağdaddakı mənbələri danışıqlara Qəndildən bəzi insanların da qatıldığını və bütün əməliyyatın Türkiyənin hərbi əməliyyatından qorxaraq fövqəladə məxfilik şəraitində aparıldığını bildirib. 

Qeyd edək ki, Cəlal Talabaninin qardaşı oğlu və KYB-nin həmsədri Lahur Talabani, eyni zamanda, Süleymaniyə bağlı KYB-nin kəşfiyyatını, təhlükəsizliyini və xarici əlaqələrini təmin edən şəxs idi. PKK terror təşkilatının İran-İraq keçidini təmin edən Lahur Talabani yaralı terrorçuların müalicəsində və təşkilatın, xüsusən silah, döyüş sursatı və ərzaqla təchizatının təmin edilməsində əhəmiyyətli mövqeyə sahibdir. Üstəlik, eyni ad PKK-nın Məxmur-Qəndil-Suriya-İran-Sincar əlaqəsində ön plana çıxır. 

Lahur Talabani yenə Afrin işğalı zamanı PKK terror təşkilatının ən böyük dəstəkçisi olub. Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birgə Afrində həyata keçirdiyi terror əməliyyatı zamanı böyük miqdarda pul və 200-dən çox peşmərgəni PKK-ya göndərən Lahur Talabani eyni günlərdə çoxlu silah və döyüş sursatı PKK-ya çatdırıb. Qamışlı, Afrin, Aynel Ərəb və Mənbic kimi terrorçuların işğalı altında olan bölgələrə bir çox səfərlər edən Lahur Talabani digər tərəfdən PKK terror təşkilatına dəstək vermək üçün İraqdan gələn idxal edilən terrorçuları təşkil edib. İraqda sərbəst hərəkət etmələri üçün minlərlə PKK terrorçusu üçün hazırladığı saxta pasportlar hazırlayıb. PKK terror təşkilatının "liderləri" Cemil Bayık və Murat Karayılanı Süleymaniyəyə dəvət edən və bir çox görüşlər keçirən Lahur Talabani bunu "qardaşlıq tələbi" olaraq izah edib və onları müdafiə edib. 

Daha əvvəl KYB kəşfiyyatına (Zenyari), polisə, mediaya, xarici əlaqələrə, iqtisadiyyata və hərbi quruluşa nəzarət edən Lahur Talabani 15 iyulda bütün səlahiyyətlərindən məhrum edilib. Tərəflər arasında qismən konfliktlərin yaşandığı proses dövlət çevrilişi kimi qiymətləndirilib. Bafil Talabani tərəfindən şantaj, adam oğurluğu, məhkəmə xaricində edam, rüşvət və qaçaqmalçılıqda günahlandırılan Lahur Talabaniyə KYB bölgəsini tərk etmək üçün vaxt verilib. Regional mənbələr qeyd edir ki, danışıqlar zamanı Lahurun ​​bütün siyasi, hərbi və iqtisadi hərəkətlərinin nəzarət altında olması şərti ilə KYB bölgəsində qalmasına razılıq verilib. PKK terror təşkilatının "lideri" Ferhat Abdi Şahin də Lahur Talabaniyə öz bölgəsində qala biləcəyinə söz verib. Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) agentləri də Süleymaniyyədəki bəzi gizli görüşlərə qatılıb. 

Lahur Talabani Türkiyəni ona qarşı əməliyyatda və vəzifəsindən uzaqlaşdırmaqda günahlandıraraq, "Hər şey Rəcəb Tayyib Ərdoğanın istəyi ilə oldu. Ərdoğan bütün bölgəni yeni Osmanlı imperiyası xəyalı ilə dizayn edir. Bağdad rəhbərliyi və bölgə aktyorları da bu məqsədə xidmət edir", ifadələrini işlədib.


Oxunma sayı: 2311

Oxşar yazılar