Çörəyin qiyməti bahalaşacaq? - AÇIQLAMA - VİDEO

  • 10:29 - 17 Sentyabr

Son günlər çörəyin qiymətinin bahalaşması ətrafında söz-söhbətlər bitmir. Artıq dünəndən etibarən iki istehsalçı - ''Çörəkçi'' və ''Nömrə-1'' zavodlarının bəzi çörəklərin qiymətinin bahalaşdırdığı deyilirdi.

Avropa.info xezerxeber.az-a istinadən xəbər verir ki, mövzuya münasibət bildirən çörək istehsalı ilə məşğul olan ''Bakıxanov'' çörək zavodunun icraçı direktoru Elman Bağırov bildirir ki, Rusiyadan idxal edilən buğdanın qiyməti bahalaşıb.

Son günlərin qiymət artımı da bu səbəbdən baş verib. O həmçinin bildirib ki, onların zavodunda qiymət artımı deyil, çəki azalması baş verib. Elman Bağırov onu da dedi ki, un təminatında qıtlıq yaşanmır və bu səbəbdən narahatlığa heç bir əsas yoxdur.

Nazirlər Kabineti isə dünya bazarında taxılın qiymətinin bahalaşması, bu səbəbdən də çörəyin qiymətində baş verən bahaşmanın qarşısını almaq üçün qərara dəyşiklik edib. Yeni sənədə əsasən hər tonuna görə un istehsalçılarına verilən subsidiyanın hesablanması üçün bir ton unun topdansatış qiymətinin yuxarı həddi 520 manat müəyyənləşib. Un istehsalçısının ölkədaxili xərclər daxil olmaqla marjası bu qiymətin 25 faizi, yəni 130 manat müəyyən edilib.

İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, yeni qərar bu işlə məşğul olan sahibkarları zərərdən sığortalayacaq.

Ekspert bildirir ki, bu qərar müddətsiz olaraq nəzərdə tutulub. Qiymət artımının olmaması üçün konkret çərçivələr müəyyən edilib.

Qeyd edək ki, qərar bu gündən qüvvəyə minir.


Oxunma sayı: 5644

Oxşar yazılar