Rusiyada Dövlət Dumasına seçkilər başlayıb

  • 09:56 - 17 Sentyabr

Rusiyada Dövlət Dumasına seçkilərə start verilib.

Avropa.info bildirir ki, ilk seçki məntəqələri Kamçatka və Çukotkada saat 08:00-da (Bakı vaxtı ilə 00:00) açılıb.

Ölkə ərazisində səsvermə sentyabrın 19-u Bakı vaxtı ilə saat 22:00-da bitəcək. Bu vaxt ölkənin Kalininqrad diyarında ən son seçki məntəqəsi bağlanacaq.

Dövlət Dumasının deputatlarından əlavə seçicilər bir sıra regionun rəhbərlərini, regional parlamentlərin nümayəndələrini və yerli idarəetmə orqanlarının nümayəndələrini seçəcəklər. Ümumilikdə ölkənin 85 regionunda 4,4 mindən artıq seçki kampaniyası keçiriləcək. Səsvermənin nəticələrinə əsasən 31 mindən artıq mandat bölünəcək.


Oxunma sayı: 3246

Oxşar yazılar