"Gorus-Qafan yolundakı post Azərbaycanın ərazisidir, İran mallarını Ermənistana çatdırmaq üçün yollar axtarırıq"- Ermənistan baş nazirinin müavini

  • 02:18 - 17 Sentyabr

"Gorus Qafan yolunda Azərbaycan tərəfindən qurulan polis müşahidə məntəqəsi haqda heç nə deyə bilmərəm. Ərazi Azərbaycana aiddir və postun orada qalıb -qalmayacağına rəsmi Bakı qərar verə bilər."

Avropa.info xəbər verir ki, bunu erməni mediasına açıqlamasında Ermənistan baş nazirinin müavini Suren Papikyan deyib. 

Erməni nazir ölkəsinin İran üçün vacib tranzit ölkə olduğunu bildirib.

"Ermənistan İran üçün vacib tranzit ölkə olaraq qalmaqda davam edəcək. İrandan Ermənistana yük daşımaları dayanmayacaq. İran mallarını Ermənistana çatdırmaq üçün başqa yollar axtarırıq. Gorus Qafan yolundakı həmin ərazi isə Azərbaycana aiddir və postun orada qalıb -qalmayacağına rəsmi Bakı qərar verə bilər", -deyə Papikyan qeyd edib.

Avropa.info


Oxunma sayı: 2751

Oxşar yazılar