"Üç qardaş - 2021” təlimində müxtəlif şəraitlərdə döyüş tapşırıqları icra edilib

  • 22:36 - 16 Sentyabr

Azərbaycan, Türkiyə və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimi davam edir.

Bu barədə Avropa.info-ya Müdafiə Nazirliyindən xəbər verir.

Təlimin növbəti mərhələsində məhdud görmə şəraitində hava yolu ilə düşmən arxasına keçən xüsusi təyinatlı bölmələr gecə və gündüz, müxtəlif şəraitlərdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə icra ediblər.

Qeyd edək ki, “Üç qardaş - 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.


Oxunma sayı: 1508

Oxşar yazılar