Şərəf Malkoç: "Şuşada olmaq böyük xoşbəxtlikdir"

  • 20:10 - 16 Sentyabr

“İƏT olaraq bu gün Şuşadayıq, sabah isə Ağdam və Tərtərdə olacağıq”.

Avropa.info Apa-ya istinadən xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç Şuşaya səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

  •  

O, ötən il müharibə vaxtı ermənilərin uzaq mənzilli raketlərlə vurduğu Ağdam, Tərtər, Gəncə və Mingəçevirə səfər etdiklərini qeyd edib:

“Bununla bağlı hesabat hazırlamışdıq. Budəfəki səfərimizin məqsədi xüsusilə ermənilərin minalar basdırdığı bölgədə, minaların partlaması nəticəsində ölən, yaralanan insanların haqları, dağıntılarla bağlıdır. Ermənilər hələ də mina xəritələrini verməyiblər. Hesabatın məqsədi dünya ictimaiyyətini ermənilərə təzyiq edərək mina xəritələrini Azərbaycana verməsini təmin etməkdir. İkinci məqsəd isə 30 il ərzində işğal altında qalan Şuşa və ətrafındakı ərazilərdə ermənilərin tarixi abidələrə qarşı təxribatı göstərməkdir. Tarixi əsərləri dağıtdıqları görünür. Bunları yerində araşdırıb, onların yenidən bərpasının mümkün olub-olmadığına dair hesabat hazırlayacağıq. Bu tarixi əsərlər 10-100 ilin deyil, bütün insanlığın məhsuludur. Bu əsərlər yalnız Qafqazın, Azərbaycan xalqının deyil, bütün dünyanın mədəni mirasıdır. Niyyətimiz bu mədəni mirası yenidən qazandırmaq və tarixə, mədəniyyətə xidmət etməkdir. İƏT insan haqları qurumu olaraq bu məsuliyyəti hiss edir. Ümid edirik ki, hazırlayacağımız hesabatı bütün dünyaya, BMT-yə və insan haqlarını qoruyan qurumlara göndərdikdə təsiri olacaq”.

O qeyd edib ki, Şuşada olmaq böyük xoşbəxtlikdir.


Oxunma sayı: 1277

Oxşar yazılar