Qarabağda dastan yazan "Bayraktar TB2" layihəsi GİZLİ ŞƏKİLDƏ HƏYATA KEÇİRİLİB - "Bu PUA-lardan ilk narahat olanlar Türkiyədəki bəzi siyasətçilər idi"

  • 16:01 - 16 Sentyabr

Türkiyənin "Baykar" şirkətinin rəhbəri Səlçuk Bayraktar İkinci Qarabağ müharibəsində dastan yazan "Bayraktar TB2" PAU-larının istehsalı zamanı yaşananları anladıb. 

Avropa.info xəbər verir ki, "CNN Türk"-ün qonağı olan Bayraktar layihəni gizli şəkildə həyata keçirdiklərini deyib. 

""Bayraktar TB2" layihəsini gizli şəkildə həyata keçirdik. Türk Silahlı Qüvvələrinə terrorla mübarizədə böyük bir üstünlük təmin edəcək texnologiya istehsal etdik. Ancaq ilk narahatlıq səsləri bəzi siyasətçilərdən gəldi. Niyə narahat olduqlarını anlamırıq", -deyə Səlçuk Bayraktar qeyd edib.

Xatırladaq ki, İkinci Qarabağ savaşında Ermənistan ordusunun 1 milyard dollardan çox hərbi texnikasını məhv edən "Bayraktar Makina" şirkətinin istehsalı olan bu aparat uzun müddət səmada qala bilir. 2014-cü ilin avqust ayında TB2 taktiki orta hündürlüklü PUA sinifində uçuş müddəti üzrə dünya rekorduna imza atıb. TB2 8 kilometr hündürlükdə 24 saat 34 dəqiqə qalmağa müvəffəq olub.

Bayraktar PUA layihəsi üzərində çalışmalar 2000-ci illərdə başlayıb. Bu gün Türkiyə və Azərbaycanın Silahlı Qüvvələrinin arsenalında olan TB2 modeli 2009-cu ildə buraxılmış TB1 modelinə əsaslanır. Bayraktar TB2 modelinin texniki xarakteristikaları belədir:

  • Uzunluğu: 6,5 metr
  • Qanadların genişliyi: 12 metr
  • Maksimal uçuş çəkisi: 650 kiloqram
  • Yükgötürmə qabiliyyəti: 55 kiloqram
  • Maksimal sürəti: 222 km/saat
  • Kreyser sürəti 130 km/saat
  • Fəaliyyət radiusu: 150 kilometr
  • Tavanı: 8200 metr
  • Avtonomluğu: 24 saat

Avropa.info


Oxunma sayı: 9230

Oxşar yazılar