Səlcuq Bayraktar İHA-ların istehsalı ilə bağlı xatirələrini danışdı - Görün nə təklif edilib?

  • 10:49 - 16 Sentyabr

2000-ci illərdən əvvəl Türkiyənin müdafiə sənayesi 85% xaricdən asılı idi. İlk milliləşdirmə hadisəsi Kıbrıs embarqosu ilə "ASELSAN" quruldu. Bu gün xarici asılılıq 30 faizdən aşağıdır.

Avropa.info xəbər verir ki, bunu CNN Türk-ün canlı yayınında qonaq olan Türkiyənin PUA istehsal edən "Baykar" şirkətinin direktoru Səlçuk Bayraktar deyib. 

O bildirib ki, baxış bucağının dəyişməsi ilə 6 kiloluq mini İHA-dan 6 tonluq, dünyada yalnız 3 ölkənin istehsal edə bildiyi dünyanın qibtə ilə baxdığı bir əsərə yetişilə bilib.  

Səlçuq Bayraktar Türkiyədə İHA-ları milli olaraq istehsal anlayışının gəlməsi və özünün bu sahədə aldığı təhsilin üst-üstə düşməsi ilə bu gün Türkiyənin dünyanın həsəd apardığı bir ölkəyə çevrildiyini deyib. 

"Bunlar olmasaydı, bəlkə Səlcuq bəlkə də bu sahədə xaricdə çalışacaqdı. 2003 -cü ildə məni yanına çağıran bürokrat mənə belə demişdi:  "Gözəl qardaşım, yaxşı oxuyursan. Sən ağıllı insansan, yaxşı məktəblərə gedirsən. Amma bu əcnəbilər o qədər irəli gediblər ki, bizim onlarla ayaqlaşmağımız mümkün deyil. Onlarla əlaqə qurursan. Dedikləri texniki şeyləri tam anlamırıq. Bu əlaqəni qurursunuz, özünüzü daha da yormayın". 

Bu anlayışa sahibsənsə, bu bir kölə, müstəmləkə zehniyyətidir. Bu anlayışa sahibsənsə, bu qul bir müstəmləkə zehniyyətidir. 

Texnoloji inkişaf sörf dalğasına bənzəyir, dalğanı tutsanız, həmişə əlverişli bir vəziyyətdə olacaqsınız, geridə qaldığınız təqdirdə daim yuxarı və aşağı enəcəksinizr. Dünyadakı ilk araşdırmalar başlayanda İHA hadisəsi üzərində də işə başladıq. 10 ildən sonra demək olar ki, hər kəsin evində bir dron var. Bu işlərin hərbi sahədə daha geniş yayılacağını düşünürdük ".


Oxunma sayı: 4291

Oxşar yazılar