"Deyirdilər ki, sən savadlı gəncsən, amma bunları edə bilməzsən..." - Bayraktar 2004-cü ilə qədər Türkiyənin PUA istehsalına necə mane olunduğunu AÇIQLADI

  • 01:30 - 16 Sentyabr

"2000 -ci illərə qədər Türkiyədə milliləşdirmə siyasəti yox idi. Bütün müdafiə məhsulları tək bir mərkəzdən idarə olunurdu. İlk dəfə 2004 -cü ildə milliləşdirmə, milli istehsal mövzusu gündəmə gəldi və o günlərdə mənə, "Sən savadlı bir gəncsən, bunları edə bilməzsən. Siz xarici ölkələrdəki bu işləri görənlərlə aramızda əlaqə yaradın, başqa heç bir işə qarışmayın", deyənlər vardı."

Avropa.info xəbər verir ki, bunu CNN Türk-ün canlı yayınında qonaq olan Türkiyənin PUA istehsal edən "Baykar" şirkətinin direktoru Səlçuk Bayraktar deyib. Qarabağ savaşında dastan yazan "Bayraktar TB2" PUA-larının da istehsalçısı olan Səlçuk Bayraktar 2004-cü ilə qədər müxtəlif maneələrlə qarşılaşdıqlarını qeyd edib.

"2004 -cü ildən sonra "biz bu işləri görmək istəyirik" deyincə yolumuz təmizləndi. Milliləşməyə qarşı olan düşüncə davam etsəydi, məcburən xaricdə çalışacaqdıq. Mənə görə bu, özünə qarşı hörmətsizliyin ən bariz forması idi. O dövrdə, bu işin dünyada yeni danışılmağa başladığı bir vaxtda biz işə başladıq. Və o zamandan bu günlərə gəlmişik.

Milli istehsalla bağlı Türkiyədə keçmişdə də insanlar ortaya çıxıb, amma hamısı prosesdən uzaqlaşdırılb. Ancaq bu gün 6 tonluq PUA-nı uçuran və hər cür vəzifə yerinə yetirən cihazları gənc dostlarımız tərəfindən hazırlanır. Keçmişdə maneələrlə üzləşmişik, amma bu gün ən böyük maneə özümüzük. Dünyada bu ölçüdə cihazlar istehsal edən 3 ölkədən biriyik", - deyə Səlçuk Bayraktar bildirib.

Avropa.info


Oxunma sayı: 10044

Oxşar yazılar