Azərbaycan polisi Gorus-Qafan yolunda erməni yük maşınlarını da YOXLAMAĞA BAŞLADI : "Azərbaycan yaxşı fəaliyyət göstərir, biz isə..."

  • 00:51 - 16 Sentyabr

Azərbaycan polisi  Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində erməni yük maşınlarını da yoxlamağa başlayıb.

Avropa.info xəbər verir ki, bu haqda erməni mediasına açıqlamasında Gorus icması rəhbərinin müavini Karo Köçəryan deyib.

"Mən 3 sürücünün Azərbaycan polisi tərəfindən yoxlanıldığı və buraxıldığı haqda məlumat aldım. Səbəbləri açıqlanmayıb. Biz artıq hər şeyə adaptasiya oluruq. Heç nə etmirik və yaxşı da heç nə gözləmirik. Azərbaycan pis fəaliyyət göstərmir, biz isə sadəcə fəaliyyətsizik",-deyə Karo Köçəryan Ermənistanın çarəsiz olduğunu etiraf edib.


Oxunma sayı: 9439

Oxşar yazılar