Bakının azad olunmasında müstəsna xidməti olan, lakin adı çəkilməyən ADAM : Sultan Vahidəddin Rəsulzadəyə nə demişdi?

  • 23:18 - 15 Sentyabr

1918.Sentyabrın əvvəlləri.Bakının azad olunması ərəfəsində AXC hökumətini Osmanlıdan başqa heç bir dövlət tanımamışdı.

Nə İran,nə Almaniya bu addımı atmadı. 

1918 ci ilin sentyabrın 6-da Osmanlı taxtına Sultan Vahidəddin oturdu.

Həmin gün Qılınc asma mərasimi keçirildi.

Bir çox ölkələrin diplomatik attaşşesi mərasimə qatıldı.

Protokola uyğun olaraq ölkələr müəyyən ardıcıllıqla Sultanla görüşməli idilər.

Lakin Sultanın təşəbbüsü ilə birinci Azərbaycan nümayəndələri-Rəsulzadə,Səfikürdski,Xasməmmədov qəbul edildi.

Rəsulzadə Sultanı təbrik edərək bildirir ki,biz hürriyyətimizin qorunmasında Osmanlıya arxalanırıq.Sultan cavabında qeyd edir ki,sevimli Azerbaycanın nümayəndələri tərəfindən təbrik edilməyimi xoşbəxt hadisə kimi qəbul edirəm. 

Rəsulzadə yazırdı ki,biz çıxanda Vahidəddinin Ənver Paşaya belə dediyini eşitdim: Bu qardaşlarımla görüşmək həyatımın ən xoşbəxt dəqiqələridir.

Pərviz Bəşirov, Avropa.info  


Oxunma sayı: 23882

Oxşar yazılar