Azərbaycanın qaz ixracından gəlirləri kəskin artıb

  • 20:40 - 15 Sentyabr

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 2 350 391,76 min ABŞ dolları dəyərində 13 241 763,48 min kubmetr təbii qaz ixrac edib.

 Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabata görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 38%, həcmi isə 47,2% çoxdur.

 

Xatırladaq ki, ötən ilim yanvar-avqust aylarında Azərbaycan 1 702 883,25 min dollar dəyərində 8 994 930,81 kubmetr qaz ixrac edib.(apa)


 


Oxunma sayı: 2773

Oxşar yazılar