Azərbaycan polisi Xankəndinə qanunsuz yük daşıyan iranlı sürücüləri saxladı - RƏSMİ, FOTOFAKT

  • 17:45 - 15 Sentyabr

Xankəndiyə yük daşıyan iranlı iki sürücü Azərbaycan polisi tərəfindən Gorus-Qafan yolundakı postda saxlanılıb.

Avropa.info xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, onlara bildirilib ki, Azərbaycan ərazisinə qanunsuz yük daşımaq qadağandır.

Bildirilir ki, həmin sürücülərin əllində Xankəndinə yük daşımasını təsdiq edən sənədlər olub. Erməni mediası həmin sənədləri də yayıb. Qeyd edək ki, yayılan sənədin üzərində əşyaların çatdırılma ünvanı “Stepanakert, Armenia” yazılıb.

Sürücülərə İran tərəfi ilə danışmaq imkanı yaradılıb.

Fotoğraf açıklaması yok.

Artıq Azərbaycan Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov lent.az-a açıqlamasında bildirib ki,  saxlanılan sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olublar: 

"Ermənistan ərazisindən yük daşımaq məqsədi ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar. Həmin avtomobillərin sürücüləri barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək".

Avropa.info


Oxunma sayı: 8713

Oxşar yazılar