Son 14 gündə 136 kiloqram narkotik aşkarlanıb - RƏSMİ

  • 20:15 - 15 Sentyabr

Sentyabr ayında, 14 gün ərzində daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində ölkə ərazisində 285 fakt üzrə 136 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Avropa.info-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, həmin faktlardan 175-i narkotik vasitəni qanunsuz saxlama, 84-ü satış, 26-sı isə əkin təşkil edib.


Oxunma sayı: 3235

Oxşar yazılar