Ərdoğandan Bakının azad edilməsi ilə bağlı paylaşım : "Qardaş Azərbaycana salamlarımı və sevgimi çatdırıram"

  • 17:38 - 15 Sentyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının rus-erməni birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə tviterdə paylaşım edib.

Avropa.info xəbər verir ki, paylaşımda belə deyilir:

"Dost və qardaş Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin ildönümünü ürəkdən təbrik edir, Qafqaz İslam Ordusu komandanı Nuru Paşanı və onun qəhrəman əsgərlərini rəhmətlə anıram. Bütün Azərbaycan xalqına salamlarımı və sevgimi çatdırıram".


Oxunma sayı: 1068

Oxşar yazılar