Hulusi Akardan Ermənistana və havadarlarına XƏBƏRDARLIQ: "Azərbaycana qarşı təhdidləri Türkiyəyə qarşı təhdid kimi qəbul edirik" (VİDEO)

  • 15:27 - 15 Sentyabr

"Azərbaycana qarşı təhdidləri Türkiyəyə qarşı yönəlmiş təhdid kimi qəbul edirik. Ümidimiz Ermənistanın atəşkəsə riayət etməsi, heç bir səhv etməməsi və bölgədə atəşkəsin daimi hala gəlməsi və sabitliyin təmin edilməsidir."

Avropa.info xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə çıxışı zamanı deyib.

"Heç kimin sərhədlərini heç bir şəkildə pozmaq fikrimiz yoxdur. Ancaq digər tərəfdən, özümüzün, dostlarımızın və qardaşlarımızın quruda, dənizdə və havada olan hüquqlarının əzilməsinə imkan vermərik. Bizim yeganə məqsədimiz ölkəmizin, dostlarımızın və qardaşlarımızın təhlükəsizliyini təmin etməkdir. Bunun üçün çalışırıq. Bu təlimlər həm də bizi seyr edən düşmənləri qorxudur, dostlarımızı və qardaşlarımızı həyəcanlandırır.

"Hörmətli Prezidentimiz Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ermənistana uzatdıqları barış əlinin, barışa, sabitliyə nail olmaq üçün edilən təklifə qarşılıq verilməsi əhəmiyyətlidir. Hədəfimiz  tərəflərin sülh içində olmasıdır. Ümidimiz Ermənistanın atəşkəsə riayət etməsi, heç bir səhv etməməsi və bölgədə atəşkəsin davamlı olması və sabitliyin təmin edilməsidir",-deyə Akar qeyd edib. 

Avropa.info


Oxunma sayı: 2168

Oxşar yazılar