Bu məşhur "Əfqan qızı" fotosunun gerçək hekayəsi üzə çıxdı: Qərbin sənədli filmlər mafiyası, görün, şəkli necə çəkib - VİDEO

  • 10:53 - 15 Sentyabr

Məşhur "Əfqan qızı" fotosundakı Şərbət Gulanın danışdıqları bu şəklə aşina olanların çox azı tərəfindən bilinir.

Avropa.info xəbər verir ki, 1985-ci ilin iyununda “National Geographic” jurnalında nəşr olunan və qısa müddətdə çox məşhur olan "Əfqan qızı" fotoşəkilində Şərbət Gula bu fotonun çəkilməsinə məcbur edilib.

1974 -cü ildə Əfqanıstanın Nanqarhar əyalətində bir puştun ailəsində dünyaya gələn Şərbət Gulanın ailəsi 1982 -ci ildə Sovet ordusunun qətliamlarından qaçaraq, bir çox Əfqanıstan vətəndaşı kimi, yaxınları ilə birlikdə Pakistana sığınıb.

Peşəvər yaxınlığındakı Nasser Beg qaçqın düşərgəsində məskunlaşan Şərbət Gula da oradakı məktəbdə təhsil alırdı. 1984 -cü ildə qərbli fotoqraf Steve McCurry əfqan qaçqınlarının şəkillərini çəkmək üçün Nasser Beg qaçqın düşərgəsinə gəlir. 10 yaşındakı Şərbət Gulanın yaşıl gözlərindən təsirlənən McCury onun bir şəklini çəkir və bu fotoşəkili ən uğurlu fotoşəkillərindən biri hesab edərək Qərbdə satışa çıxarır.

1985 -ci ilin iyun sayında Əfqanıstandakı müharibəni işıqlandıran “National Geographic” jurnalı Steve McCuryə böyük məbləğdə qonorar ödəyir və Şərbət Gulanın şəklinin jurnalın üz qabığına çıxarır. "Əfqan qızı" adlandırılan bu şəkil bütün dünyada məşhurlaşır.

Şərbət Gulanın narahat baxışları ilə çəkilmiş bu foto "Pərili gözlər əfqan qaçqınların qorxusunu əks etdirir" mesajı ilə sevvis edilmişdi. Amma sonradan məlum olur ki, Şərbət Gulanın gözlərindəki qorxu Steve McCurynin onu bu fotoşəkilin çəkilməsinə məcbur etməsindən qaynaqlanır.

Şərbət Gula, şəklinin tanımadığı bir adam tərəfindən çəkilməsini istəmədiyini, ancaq Steve McCury kiçik qızı bu fotonun ona yaxşı pul və karyera gətirəcəyini düşünməyə məcbur edir. O vaxt məktəbdə olan Şərbət Gulanın sinif müəllimi də McCury-dən aldığı pul müqabilində qızın psixoloji və fiziki gərginliyini paylaşdı. Müəllimi qeyd edib ki, bu çəkiliş üçün Şərbət Gulanın ailəsindən icazə alınmayıb.

Balaca qız üzünü örtmək istəsə də, dünyanın diqqətini çəkən bu fotoşəkil zorla servis edilməli idi.

Qaçqın ikən evlənən Şərbət Gula 1992 -ci ildə əri Rahmet Gula ilə birlikdə Əfqanıstana qayıdır. 4 qızı və 1 oğlu olan Şərbət Gulanın qızlarından biri körpəlikdə, həyat yoldaşı Rahmet Gula isə 2012 -ci ildə dünyasını dəyişib. Şərbət Gula hazırda Əfqanıstanın paytaxtı Kabildə yaşayır.

2002 -ci ildə Şərbət Gula yenidən Əfqanıstanda qərblilər tərəfindən tapılır. 1984 -cü ildə çəkilmiş fotoşəkili haqqında nə düşündüyünü soruşduqda Şərbət Gula əsəbiləşdiyini söyləyərək tamaşaçıları təəccübləndirir. O, şəklinin psixoloji və fiziki təzyiq altında Steve McCury tərəfindən çəkildiyini və fotoda əks olunan gözlərindəki qorxunun bu səbəbdən olduğunu bildirib.

2002 -ci ildə verdiyi müsahibədə “National Geographic”in 1985 -ci ilin iyun sayında Şərbət Gulanın valideynlərinin Sovet əsgərləri tərəfindən öldürüldüyünə dair məlumatın fotoşəkili daha təsirli etmək üçün irəli sürülən bir yalan olduğu ortaya çıxır. Şərbət Gula valideynlərinin Sovet əsgərləri tərəfindən öldürüldüyü iddiasını rədd edib və fotoşəkil çəkilərkən anasının appendisit səbəbindən öldüyünü və atasının isə sağ olduğunu bildirib.


Oxunma sayı: 5479

Oxşar yazılar