Azərbaycan ərazisinə hücumlar edən erməni silahlılarının komandiri polkovnik-leytenant Kazaryan HƏBS OLUNDU - Ermənistanda

  • 01:20 - 15 Sentyabr

Ermənistanda 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra Xocavəndin Köhnə Tağlar və Çaylaqqala kəndlərində Azərbaycan mövqelərinə qanunsuz olaraq erməni silahlılarının hücumlarının təşkil edilməsi işində adı keçən polkovnik-leytenant Arsen Kazaryan həbs edilib.

Avropa.info xəbər verir ki, bu haqda Ermənistan İstintaq Komitəsinin məlumat yayıb. 

Məlumatda bildirilir ki, Kazaryana qarşı döyüş xidməti qaydalarının pozulması, xidmətdə səhlənkarlıq, döyüş meydanını icazəsiz tərk etmə, hərbi xidmətdən  yayınma və rüşvət alma maddələri ilə cinayət işi başlanılıb.

Hazırda işlə bağlı  istintaq aparılır.

Xatırladaq ki, Azəraycan, Rusiya və Ermənistan arasında 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra Xocavəndin Köhnə Tağlar və Çaylaqqala kəndlərində Azərbaycan mövqelərinə qanunsuz olaraq erməni silahlıları hücumlar  təşkil ediblər.Qeyri-qanuni olaraq Azərbaycan ərazilərinə soxulmaqda təqsirləndirilərək həbs olunan ermənilər də məhkəmədəki ifadələrində onların komandirlərinin A.Kazaryan olduğunu və məhz onun əmri ilə həmin ərazilərə yollandıqlarını etiraf ediblər.


Oxunma sayı: 8768

Oxşar yazılar