Həbsdəki icra başçılarının yerinə yeni təyinat - SƏRƏNCAM

  • 13:39 - 14 Sentyabr

Rəşad Ənvər oğlu Tağıyev Şəmkir rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Avropa.info-nun xəbərinə görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

***

Prezident İlham Əliyev Rafiq Cəlilovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Avropa.info xəbər verir ki, sərəncamda qeyd edilir ki, Rafiq Əsgər oğlu Cəlilov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Rafiq Cəlilov Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad edilib.

***

Qeyd edək ki, Cəlilabadın icra başçısı Namiq Zeynalov 2020-ci ildə, Şəmkir icra başçısı olmuş Alimpaşa Məmmədov isə bu ilin aprel ayında həbs ediliblər.


Oxunma sayı: 1794

Oxşar yazılar