Laçında 30 il sonra uşaqlıq jaketi tapılan Fərid Cəbrayılov danışdı - VİDEO

  • 16:30 - 14 Sentyabr

Laçın rayonunda anadan olmuş Fərid Cəbrayılovun Göyqayadakı yaylaq evlərində uşaqlıqdan qalan sarı jaketi tapılıb.

Avropa.info Xəzər TV-yə istinadən bildirir ki, jaketi ona atası alıb. Uşaqlığından xatirə qalan cəmi üç şəklin ikisi də elə bu sarı jaketdə çəkilib.

Anasının sözlərinə görə, paltar Fəridin əyninə böyük olub, elə ona görə də sandıqda qorunub- saxlanıb.

Fərid isə deyir ki, onun uşaqlıq xatirələri yarımçıq və cansızıydı. Jaketin tapılması xəbəri isə onda başqa əhval yaradıb. İndi onun ən böyük arzusu orada toxunulmasını istəmədiyi o əziz xatirəyə gedib qovuşmaq, onu özüylə gətirmək, uşaqlığın, o gözəl günlərin ən şirin xatirəsi kimi qoruyub- saxlamaqdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Oxunma sayı: 1585

Oxşar yazılar