Gorus-Qafan yolundakı postumuzda nələr quraşdırılıb? - Sürücülər bu səbəblərə görə saxlanılır

  • 13:04 - 14 Sentyabr

Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində qurulan Azərbaycan polis postunun təminatı haqda ermənilər paylaşım edib.

Avropa.info axar.az xəbər verir ki, erməni ombudsman Arman Tatoyan postun 9 sentyabrda qurulduğu, 11 sentyabrdan fəaliyyətə başladığını qeyd edib.

Bildirilib ki, postda 10 videokamera quraşdırılıb. Bu kameralar maşınların nömrələrini qeydə alır və Azərbaycan ərazisinə kimlərin girib-çıxdığını dəqiq müəyyən edir.

Postda daimi olaraq polislərlə bərabər, tam silahlanmış və maskalanmış 4 əsgər xidmətdə olur.

Postda sürət həddini keçməyə, kəmər taxmamağa və s. səbəblərə görə xüsusilə əcnəbi sürücülər saxlanılır. Bu isə o deməkdir ki, Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində Azərbaycan yol-nəqliyyat qaydalarına əməl edilməsi tələb edilir.

Həmçinin postda müxtəlif gömrük və vergi rüsumlarının tətbiq edildiyi də bildirilir.

İddiaya görə, şübhəli yük daşıyan İran maşınlarının hərəkəti tam yoxlanılana qədər dayandırılır.


Oxunma sayı: 1090

Oxşar yazılar