"Biz Əfqanıstanın işğalı dövründə belə heç vaxt Türk əsgərinə hücum etmədik, çünki..." - "Taliban"dan daha bir Türkiyə AÇIQLMASI

  • 21:30 - 13 Sentyabr

"Böyük bir müsəlman ölkəsi olan Türkiyə ilə əməkdaşlıq edəcəyik. Tarixən Əfqanıstan və Türkiyənin əlaqələri var. İki ölkə arasında çox sıx əlaqələr var. Bu əlaqələri davam etdirəcəyik. Bir çox sahələrdə də əməkdaşlıq etmək istəyirik ".

Avropa.info xəbər verir ki, bunu Türkiyə mediasına açıqlamasında "Taliban" sözçüsü Süheyl Şahin deyib. Şahin, Əfqanıstanın işğalı dövründə belə "Taliban"ın Türkiyə əsgərlərinə hücum etmədiyini xatırladıb.

"Türkiyə ilə əlaqələrimiz hər zaman olub. Bu yeni bir şey olmayacaq. Keçmişdən uzun illərdir əlaqələrimiz var. Ölkəmiz ABŞ və NATO qüvvələrinin işğalı altında olanda da türk mühəndisləri bizimlə işləyirdi. . Bu səbəbdən türk mühəndislərə və türklərə vicdanla yaxınlaşırdıq. "Taliban" işğal dövründə belə türk əsgərlərinə hücum etmədi. Bu həm də xoş niyyətdən irəli gəlirdi, çünki Türkiyə müsəlman ölkəsi idi. Gələcəkdə də müsbət və konstruktiv əlaqələr qurmaq istəyirik. İndi fərqli sahələrdə əlaqələrimizin inkişafına ehtiyac var. Təhsil, iqtisadiyyat, yenidənqurma, hər şeyi əvvəlkindən daha yaxşı etmək, insanlarımız üçün məşğulluq, investisiya kimi müxtəlif sahələri saya bilərik.

Bizimlə müsəlman qardaşları kimi rəftar edərlərsə, biz də onlara müsəlman qardaşlarımız kimi yanaşacağıq. Əlbəttə ki, dəstəkləsələr, ölkəmizin yenidən qurulması üçün səy göstərsələr və bu kritik prosesdə bizə kömək etsələr, təqdir edər və alqışlayarıq. 40 ildir ki, işğalçı supergüclərlə mübarizə apardıq. Azadlığımızı qazandıq. Biz Türkiyəni müsəlman qardaş kimi görürük",-deyə Şahin qeyd edib.

Avropa.info


Oxunma sayı: 18382

Oxşar yazılar