Rusiyada daha bir təyyarə qəzası: Ölən var

  • 22:26 - 13 Sentyabr

Rusiyanın Belqorod vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Avropa.info xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Havaya qalxarkən qəzaya uğrayan təyyarədə bir pilot olub. Hadisə zamanı pilotun öldüyü bildirilir.

Rusiya Fövqəladə Hallar Nazirliyi məlumatı təsdiqləyib. Hadisə yerinə yanğınsöndürmə və xilasetmə dəstəsi göndərilib.

Xatırladaq ki, dünən Rusiyada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olmuşdu.


Oxunma sayı: 4379

Oxşar yazılar