Şamxal Həsənlinin şəriki qoçu dəstəsi ilə birgə Samiri döydü, adına zorla 17 min borc yazdı - Hadisə vaqe olur BMM-in anbarında... (MƏHKƏMƏ İŞİ, ÖZƏL)

  • 15:32 - 13 Sentyabr

Avropa.info-nun 16 sentyabr 2020-ci il buraxılışında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin keçmiş müdiri Əli Həsənovun oğlu Şamxal Həsənliyə məxsus olduğu iddia edilən S Aqro MMC-də qalmaqal yaşandığı haqda xəbər yayılmışdı.

Saytımızın şirkətin əməkdaşlarına istinadən yaydığı xəbərdə, spirtli içkilərin satışı ilə məşğul olan S Aqro MMC-nin işçilərin maaş kartlarını özlərinə verməməsi, əməkdaşların böyük qismi ilə əmək müqavilələrinin bağlanmaması şirkətdə ciddi narazılığa səbəb olması haqda məlumatlar əks olunmuşdu. 

Yazıda həmçinin, şirkətdə direktor vəzifəsində çalışan Oral Ağakişiyevin əməkdaşlarının maaş kartlarını özlərinə verməməsi də qeyd olunurdu.

Bununla yanaşı uzun illər Əli Həsənovun nəzarətində olan Beynəlxalq Mətbuat Mərkəzinin həyətindəki anbarın S Aqro MMC-nin ixtiyarında olduğu və əslində BMM-in anbarının spirtli içkilərin satış mərkəzinə çevirildiyi də bildirilirdi. 

Bundan iki gün sonra redaksiyamıza müraciət edərək mövqeyinin dərc olunmasını istəyən S Aqro MMC-nin direktoru Oral Ağakişiyev yayılan məlumatların yanlış olduğunu deyib.

"Mənim Əli Həsənovun oğlu Şamxal Həsənli ilə S Aqro MMC-də şərikli biznesim olub. Lakin, təqribən 1 il öncə biz rəsmi surətdə bu şərikliyə xitam vermişik. Şamxal Həsənlinin artıq 1 ildən çoxdur ki, S Aqro MMC-yə heç bir aidiyyatı yoxdur. Biz, S Aqro MMC olaraq BMM-in həyətində deyil, o əraziyə yaxın bir yerdə anbar kirayələmişik. Yəni bizim karayələdiyimiz anbarın BMM-ə aidiyyatı yoxdur", -deyə Ağakişiyev qeyd etimişdi. 

Oral Ağakişiyev

Əsl məsələ də Oral Ağakişiyevin bu açıqlamasından sonra başlanıb. Avropa.info müraciət edən fəhlələrin kimliyini öyrənmək istəyən Oral Ağakişiyev özünəməxsus şəkildə və qanunsuz olaraq şirkətdə "istintaqa" başlayır. Nəhayət Ağakişiyev şikayət edən şəxsin şirkətin ekspeditoru Əmirəliyev Samir Eldəniz oğlu olduğunu öyrənir. 2020-ci ilin sentyabr ayının 30-da orduya könüllü olaraq yazılmaq üçün müraciət edən Samir Əmirəliyev 37 yaşı olduğu üçün orduya çağırılmır. Həmin vaxt şirkət Samirə verdiyi arayışda onun şirkətə borcunun olmadığını açıqlayır. Lakin, bu vaxt ərzində qanunsuz "istintaq"ını davam etdirən Oral Ağakişiyev mediaya şikayət edən şəxsin Samir olduğunu öyrənincə onun adına 17621 manat borc yazılır. Həmin vaxt Samir artıq yenidən şirkətə qayıtmışdı. Samir Əmirəliyevin atası Eldəniz Əmirəliyev Avropa.info-ya açıqlamasında bunları deyir:

"Oğlum Samir 2019-cu ildən qeyri-rəsmi, 2020-ci ilin yanvar ayından etibarən isə əmək müqaviləsi ağlamaqla Əli Həsənovun oğlu Şamxal Həsənov və Oral Ağakişiyevin şərik olduğu "S AQRO" MMC-də işə başlayıb. Rəsmi olaraq Samirə 260 manat maaş, qeyri rəsmi olaraq isə satdığı spirtli içkilərin 8 faizi verilməli idi. Bundan əlavə oğluma şirkətdə audit olaraq işləyən, Oral Ağakişiyevin xalası oğlu Həsənov Əlövsət Lətif oğlunun adına olan "FORD Tranzit" markalı 90-UV-584 dövlət nömrə nişanlı yük maşını təhkim olunub. Oğluma marketlərə satmaq üçün verilən spirtli içkilər hesab fakturasız verilib, sənəd istəyən də isə bildiriblər ki, bu vergidən yayınmaq üçün edilir. Samir işində problem olmaması üçün şirkətdən sənəd istəyəndə ona bildiriblər ki, onun vəzifəsi yalnız spirtli içkilərıə marketlərə daşımaq və pulu alıb şirkətə gətirməkdir. Eyni zamanda Oral Ağakişiyev oğlumun və digər işçilərin maaş kartlarını qeyri-qanuni olaraq əllərindən alıb. Beləcə, oğlum Samir 2020-ci ilin may ayı da daxil olmaqla 80000 manatdan çox spirtli içki satıb və pulunu da şirkətə təhvil verib. "Covid 19" pandemiyasına görə spirtli içki satışı ilə məşğul olan bir sıra satış mərkəzləri, xüsusilə də xırda ticarət müəssələri bağlandı. Bundan sonra şirkət Samir üçün  nəzərdə tutulan maaş və realizə etdiyi malın 8 faizini verməkdən imtina edir. Eyni zamanda iş də tələb ediblər. 

Bundan sonra, Samir və bir neçə işçi Avropa.info saytına müraciət edib. Sentyabrın 30-da Samir könüllü olaraq yazılmaq üçün müraciət etsə də, 37 yaşı olduğu üçün qəbul etmədilər. Həmin vaxt şirkət Samirə borcu olmadığı haqda arayış verib. Lakin, oktyabrın 23-də Samiri Bakı şəhəri Mətbuat prospektində, Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) mülkiyyətində olan anbara çağıraraq, orada Avropa.info-da dərc olunmuş məqaləyə görə sorğu-sual ediblər. "S AQRO" MMC-nin direktoru Oral Ağakişiyev Samirin boğazından tutub onu boğmağa başlayıb. Həmin vaxt Oralın qohumu İlqar və indi məhkəmədə iddiaçı kimi təqdim olunan Əlövsət Həsənov həri oğlumun bir əlindən tutaraq, Oralın işgəncə verməsinə yardım ediblər. Oğlumun boğazını buraxdıqdan sonra, Oral və adamları ona söyüşlər söyərək, ailə üzvlərimizin başına oyun gətirəcəkləri ilə hədələyiblər. Oral Ağakişiyev açıq şəkildə bildirib ki, Əli Həsənov uzun illər vəzifədə olub, onun vəzifədən getməsi heç nəyi dəyişmir, hüquq mühafizə orqanlarında adamları var, istəsələr oğlumu həbs etdirə bilərlər. Bundan sonra, oğluma özləri ilə gətirdiklərə yekun aktına imza atdırıblar. Sonra oğluma bildiriblər ki, bu akta görə, sənin şirkətə 17621 manat borcun var. Daha sonra nə düşünüblərsə oğlumu 12 saylı notariat kontoruna apararaq borcu Əlövsət Həsənovun adına sənədləşdiriblər. Guya oğlumun Əlövsətə 17000 manat borcu var. Bütün bunları mən yalnız Əlövsətin oğlumu məhkəməyə verməsindən sonra öyrənmişəm. Samir onlardan qorxduğu üçün bu haqda bizə danışmayıb. Bundan sonra, oğlum 12 dekabr 2020 -ci ilədək orada aylıq 500 manata sürücü işləyib, lakin borclandırdıqları üçün maaş verməyiblər. 

Açıklama yok.

Samirin borcunun olmadığı haqda 30 sentyabrda imzalanmış təhvil-təslim aktı

Dekabr ayında məhkəmədən bildiriş gələndə mən məsələnin mahiyyətini öyrəndim. "S AQRO" MMC-nin Beynəlxalq Mətbuat Mərkəzinin 4-cü mərtəbəsində yerləşən ofisinə getdim. Hansı ki, Oral Ağakişiyev saytınıza açıqlamasında Əli Həsənovun sahibi olduğu BMM-lə heç bir əlaqəsinin olmadığını demişdi. Orada Oral Ağakişiyevlə görüşdüm və açıq şəkildə dedim ki, danışığımızın səs yazısını yazmaq istəyirəm. Gülərək, "problem yoxdu yaz" dedi. Oraldan sentyabrın 30-da borc olmaması haqda akt imzalaması halında 23 gün ərzində 17621 manat borcun haradan çıxdığını soruşdum. Cavab verə bilmədi. Şirkətə borc varsa, bunun fərdi şəxs Əlövsət Həsənovun adına niyə sənədləşdirildiyini, bunun cinayət olduğunu bilib-bilmədiyini soruşdum. Oral açıq etiraf etdi ki, oğlum Samirin nə Əlövsətə, nə də ona borcu yoxdur. Sadəcə, koronavirusa görə, bəzi marketlərə borc verilən spirtli içkilərin pulu qalıb. Mən təklif etdim ki, marketlərdə borc qalıbsa, gəlin onu birgə yığaq, oğlumun adına niyə yazırsınız? Oral isə suallarıma cavab vermək əvəzinə, təklif etdi ki 5000 manat ödəyin məhkəmədən şikayətimizi geri götürək. Mən onlara borcumuz olmadığını, şirkətin bəzi marketlərə borc şəkilində spirtli içki verdiyini, həm də bu içkiləri fakturasız filansız verdiyini bildirərək, oğluma qarşı qununsuzluq etdiklərini dedim. 

Açıklama yok.

Bundan sonra, Oral bir sənəd gətirdi ki, bəzi marketlərdən pulları yığdığımız üçün, borc 17621 manatdan 13750 manata enib. Hətta oğluma təhkim edilmiş avtomobilin istismarı ilə bağlı da borc yazıblar. Hansı ki, həmin köhnə "FORD Tranzit" yük maşınının aylıq xərcləri oğluma 450-500 manata başa gəlirdi. Həm də oğlum bu avtomobili onunların şirkətinin mallarını daşımaq üçün istifadə edirdi. Digər tərəfdən bizə oğlumun şirkətə borcu olması ilə bağlı arayış verirlər, məhkəmədə isə oğlumun guya Əlövsət adlı şəxsə borcu olması haqda iddia qaldırırlar. Bu necə ola bilər axı? Mən Oralla danışığımda da bunu bir daha onun nəzərinə çatdırdım. Oral açıqca dedi ki, çəkinəcəyimiz bir yer yoxdur, hər yerdə adamımız var. Yazılmış səs yazısını Yasamal məhkəməsinə də təqdim etdim və dinlənildi. Məhkəmədə hər şey dürüst bir şəkikdə gedirdi. Artıq oğlumun Əlövsət adlı şəxsə borcu olmadığını, Oralın saxtakarlıq etdiyi üzə çıxmışdı. Lakin, son anda məhkəmə onların xeyrinə qərar verdi. Daha sonra Apelyasiya Məhkəməsində də eyni situasiya ilə üzləşdik. İndi Ali Məhkəməyə müraciət etmişik. Bütün bu qanunsuzluqların arxasında Oral Atakişiyevin şəriki, Əli Həsənovun oğlu Şamxal Həsənovun durduğunu bilirik. Ailəmiz adından Cənab Prezidentimiz  İlham Əliyevə , Birinci xanım Mehriban Əliyevaya müraciət edirəm! Prezidentimiz hər zaman qanunsuzluq etdiyi aşkarlanan məmurlar haqqında sərt tədbirlər görür. Xahiş edirəm, məhkəmənin göz yumduğu bu qanunsuzluğa son qoyulması üçün bizə yardım edəsiniz", - deyə Eldəniz Əmirəliyev bildirib.

P.S. Məsələylə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Avropa.info


Oxunma sayı: 8383

Oxşar yazılar