"Taliban"dan Türkiyə açıqlaması : "Tezliklə başlayacağıq"

  • 13:24 - 13 Sentyabr

Əfqanıstan Mülki Aviasiya İdarəsinin rəhbəri Mevlevi Abdul Hadi Hamdard, ölkə rəhbərliyinin tezliklə Türkiyə ilə uçuşlara başlamağı planlaşdırdığını söyləyib.

Avropa.info xəbər verir ki, Hamdard bir sıra ölkələrlə artıq uçuşların həyata keçirildiyini deyib.

“Son bir neçə gündə Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Qətər və Pakistandan uçuşlar oldu. Tezliklə Türkiyə ilə uçuşlara başlayacağıq".

ABŞ qüvvələrinin geri çəkilməsindən sonra Pakistandan kommersiya reysi həyata keçirən təyyarə bu gün səhər saatlarında ilk dəfə Kabul Hava Limanına enib.


Oxunma sayı: 3477

Oxşar yazılar