Quzey Kıbrıs Türk Cümhuriyyətinə səfərlə bağlı yeni qaydalar AÇIQLANDI

  • 12:09 - 13 Sentyabr

Quzey Kıbrıs Türk Cümhuriyyətinin Səhiyyə Nazirliyi pandemiya dövründə ölkəyə səfər edənlər üçün yeni qaydaları açıqlayıb.

Avropa.info xəbər verir ki, Səhiyyə Nazirliyi Yoluxucu Xəstəliklər Ali Komitəsi tərəfindən qəbul edilən yeni qərarlara görə, ölkəyə hava-dəniz yolları və adadan kənardan gəlib sərhəd məntəqələrindən keçən vətəndaşlar giriş kritireyalarını nəzərə almalıdırlar.

Səfərdən əvvəl vətəndaşlar 72 saat keçərli olacaq neqativ PCR test nəticələri ilə ölkəyə daxil ola bilərlər. Səfər edənlər adapass.gov.ct.tr internet adresində olan formanı dolduraraq, alacaqları QR kodu ilə adaya daxil ola biləcəklər. 

Bunu edə bilməyənlər 27 sentyabr 2021 -ci ilə qədər lazımi sənədlərlə girə biləcəklər. QR kodu əldə edərək ölkəyə daxil olan insanlar sürətli tranzit imkanından istifadə edə biləcəklər. 

Bu qərar 18 yaş və yuxarı olanlar üçün məcburi olacaq.


Oxunma sayı: 5006

Oxşar yazılar