İtaliyada somalili miqrant ikisi məmur, biri uşaq olmaqla 5 nəfəri bıçaqlayıb

  • 11:40 - 12 Sentyabr

İtaliyanın Rimini liman şəhərində Somalidən olan miqrant 5 nəfərin bıçaqla yaralayıb.

Hadisə şənbə günü gecə saatlarında avtobus dayanacağında baş verib.

 

Müfəttişlər miqrantdan bilet tələb etdikdə cavab olaraq bıçağı çıxarıb hər ikisini vurub.

“La Repubblica” qəzetinin yazdığına görə, müfəttişlərin ikisi də qadın olub. Daha sonra polisdən qaçarkən uşaqlı qadın da daxil olmaqla daha üç nəfəri yaralayıb. Polis onu saxlamağa müvəffəq olub.

İtaliyalı müstəntiqlər miqrantın terror qrupları ilə əlaqəsi olduğu və ekstremist səbəblərdən hərəkət edə biləcəyinə dair heç bir əlamət tapmayıblar.

Əslən Somalidən olan 26 yaşlı gənc 2015-ci ildən Avropadadır və İtaliyada qaçqın statusu almaq üçün müraciət edib.

Daha əvvəl Danimarka, İsveç, Almaniya və Hollandiyada sığınacaq üçün müraciət etdiyi bildirilir. Bir neçə ay Qırmızı Xaçın himayəsində olub.(apa)
 


 


Oxunma sayı: 1486

Oxşar yazılar