Kolumbiyaya silahlıların hücumu nəticəsində 5 əsgər həlak olub

  • 23:30 - 11 Sentyabr

Venesuela ilə sərhəddə "Milli Qurtuluş Ordusu" solçu üsyançı qruplaşmasının hücumu nəticəsində 5 Kolumbiya əsgəri həlak olub.

Bu barədə Kolumbiya Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hücum zamanı daha 6 əsgər yaralanıb.

Hücum zamanı silahlı mütəşəkkil dəstə tərəfindən tüfənglər və pulemyotlardan istifadə edilib.

Kolumbiya Prezidenti İvan Duke bildirib ki, hücum Venesuela ərazisindən planlaşdırılıb. Bundan əvvəl rəsmi Boqota Karakası kolumbiyalı üsyançılara dəstək verməkdə günahlandırmışdı.(report)


 


Oxunma sayı: 3433

Oxşar yazılar