Azərbaycan Gorus-Qafan yolunda POLİS POSTU QURDU - Erməni qubernator TƏSDİQLƏDİ : "Bir post var, ona da Azərbaycan nəzarət edir" (FOTO)

  • 00:37 - 11 Sentyabr

Azərbaycan tərəfi Şahverdilər kəndində (ermənilər bu kəndin adını Vorotan olaraq dəyişdiriblər :red) bir polis bölməsi qurublar. 

Avropa.info xəbər verir ki, bunu erməni mediasına açıqlamasında Zəngəzur qubernatoru (ermənilər ərazinin adını Syunik olaraq dəyişdirib: red) Melikset Poqosyan internetdə yayılan fotolara münasibət bildirərkən deyib. 

İnternetdə Azərbaycan polisinə məxsus nəzarət məntəqəsinin fotosunun yayılması ilə bağlı açıqlama verən qubernator bu məntəqənin Gorus-Qafan yolunun üzərində qoyulduğunu bildirib. Qeyd edək ki, Azərbaycan bir müddət öncə, erməni təxribatına cavab olaraq bu yolu bağlamışdı. 

"Kənddə bir nəzarət məntəqəsi var. Kənddən bir qədər aralıda olan bu məntəqə Azərbaycana aid hissədə, Gorus- Qafan yolunda yerləşir. Bu əraziyə Rusiya və Azərbaycan sərhədçiləri nəzarət edir. Məlumatım olan kimi, getdim, baxdım, gördüm ki, bura Azərbaycanın ərazisidir. Orada nəzarət məntəqəsi əvvəldən var idi, tikilini isə yeni tikiblər. Təhlükə yoxdur, ora ruların nəzarətindədir", - deyə erməni qubernator bildirib.


Oxunma sayı: 2718

Oxşar yazılar