Türkiyə millisinin yeni baş məşqçisi bəlli olub - FOTO
- 19:00 - 10 Sentyabr
Türkiyə millisinin yeni baş məşqçisi bəlli olub.
Avropa.info xəbər verir ki, qardaş ölkə yığmasını Okan Buruk çalışdıracaq.
Türkiyə Futbol Federasiyası ilə gənc mütəxəssis arasında danışıqlar artıq müsbət yekunlaşıb. Tezliklə onunla münasibətlərin rəsmiləşməsi və Burukun ictimaiyyətə təqdim olunması gözlənilir.
Qeyd edək ki, Türkiyə yığması DÇ-2022-nin seçmə mərhələsində Niderlanda 1:6 hesablı məğlubiyyətdən sonra baş məşqçi Şenol Günəşlə yollarını ayırıb.