Türkiyə millisinin baş məşqçisi üçün 4 yerli və 1 əcnəbi namizəd

  • 13:06 - 10 Sentyabr

Avro:200-də uğursuz oyunlarından sonra Dünya Çempionatının seçmə mərhələsində Hollandiyaya 6:1 uduzan Türkiyə millisinin baş məşqçisi Şenol Günəşin komandandan getməsi dəqiqləşir.

Avropa.info xəbər verir ki, dünən Şenol Günəş Türkiyə Futbol Federasiyasının sədri Nihat Özdemirlə görüşüb. Ancaq görüşlə bağlı hansı nəticənin alındığı bilinmir.

Oktyabr ayında milli bir araya gəlməyincə Şenol Güneş ilə yollarının ayrılacağı gözlənilsə də, təcrübəli məşqçinin yerinə Aykut Kocaman və ya Okan Burukun gələ biləcəyi qeyd edilir.

Türkiyə millisi üçün bir neçə seçim var. Bunlardan birincisi Fatih Terim və ya Mustafa Dənizli kimi təcrübəli məşqçiləri 4 oyun üçün komandanın başına gətirməkdir. 

Digər variantlar böyük komanda təcrübəsinə malik Aykut Kocaman və Başakşehir və çempionluğu qazanan Okan Burukdur. 

Xəbər verilir ki, əcnəbi məşqçi ilə davam etmək qərarına gəlinsə, o zaman baş məşqçi Joachim Löw ola bilər.


Oxunma sayı: 9417

Oxşar yazılar