Türkiyə Azərbaycana dörd general göndərdi - Ərdoğan ƏMR VERDİ

  • 18:51 - 09 Sentyabr

Azərbaycanda Türkiyə Silahlı Qüvvələrini təmsil edəcək Xidmət Qrupu Komandanlığına 4 general təyin edilib.

Avropa.info xəbər verir ki, bu barədə məlumatı hərbi ekspert Ədalət Verdiyev öz facebook hesabında paylaşıb.

Məlumata əsasən, Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi general-mayor Bəxtiyar Ersay Azərbaycanda Xidmət Qrupu Komandanlığına təyin edilməklə Türkiyə Baş Qərargahının əmrinə verilib.

Həmçinin, general Abdulla Qatırçı da Azərbaycan Xidmət Qrupu Komandanlığının Birgə Mərkəz Komandanlığına təyin edilməklə Egey Ordu Komandanlığına təyinat alıb.

General Ender Güner Azərbaycan Xidmət Qrupu Komandanlığının Baş qərargah rəisi təyin edilib.

Bununla yanaşı, Türkiyə Silahlı Qüvvələrinin Bakıdakı hərbi atteşesi də dəyişib. Yeni hərbi atteşe general Zəkəriyyə Yalçın təyin olunub.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə KİV də sözügedən təyinatlar barədə məlumat yayıb. Məlumata əsasən, 4 generalın təyin edilməsi ilə Türkiyə Silahlı Qüvvələrinin Bakıdakı nümayəndəliyinin sayı da artıb.


Oxunma sayı: 9725

Oxşar yazılar