Ermənistan Azərbaycan üçün hava məkanını açır - THY Naxçıvan-Gəncə reysini Ermənistan hava məkanı üzərindən həyata keçirib (FOTO)

  • 16:59 - 08 Sentyabr

Son 30 ildə ilk dəfə olaraq sərnişin təyyarəsi Ermənistanın hava məkanı vasitəsilə Azərbaycanda daxili uçuş həyata keçirib. Bu barədə “Vestnik Kavkaza” xəbər verir.

Türk Hava Yollarının Boeing -737 təyyarəsi sentyabrın 4 -də Gəncə - Naxçıvan reysini həyata keçirib. Uçuş vaxtı 35 dəqiqə təşkil edib. Flight Radar resursunun məlumatına görə, təyyarənin marşrutu Göyçə (Sevan) gölü və Ermənistanın Geqarkunik bölgəsi üzərindən keçib.

Nəşrin baş analitiki Andrey Petrov bildirir ki, bu hadisə İrəvanın qisasçı bəyanatlarına baxmayaraq, Ermənistanın Azərbaycanla münasibətləri normallaşdırmaq perspektivinə müqavimət göstərə bilmədiyini göstərir: “Erməni siyasətçilərinin, xüsusən də müxalifətçilərin nə deməsindən asılı olmayaraq, Azərbaycanla normal münasibətləri qurmağın perspektivləri qarşıdurma istəklərindən daha güclüdür”.

Erkən parlament seçkilərində Ermənistan əhalisi Qarabağ separatçılarının revanşizminin əleyhinə və otuz illik müharibəyə son qoyan Nikol Paşinyana - yəni sülh və qonşularla normal münasibətlərə səs verib. Proses çətin və ləngdir, amma Ermənistan buna doğru hərəkatı davam edir”.

***

Türk Hava Yollarının Naxçıvan-Gəncə reysi Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən təsdiq edilmiş və uzun müddət istifadə olunan Ermənistanın hava məkanı üzərindən keçən uçuş marşrutu ilə həyata keçirilib. Bu barədə virtualaz.org-a AZAL-dan bildirilib.

Qeyd edək ki, xarici aviaşirkətlər də ICAO tərəfindən təsdiq edilmiş beynəlxalq hava marşrutları üzrə Azərbaycanın hava məkanı vasitəsilə Ermənistan hava limanlarından / hava limanlarına uçuşlar həyata keçirirlər. Yəni Azərbaycanın hava məkanı vasitəsilə Ermənistan hava limanlarına kommersiya aviauçuşlar üçün heç bir məhdudiyyət yoxdur.

Bundan əlavə, Azərbaycan və Ermənistan arasında münaqişənin mövcud olması və qarşılıqlı maliyyə hesabatlarının aparılmaması səbəbindən, AZAL Ermənistanın hava məkanından keçən marşrutlar üzrə uçuşlar həyata keçirmir.


Oxunma sayı: 3290

Oxşar yazılar