Milli komandanın üzvü üzr istədi

  • 10:31 - 08 Sentyabr

Futbol üzrə Azərbaycan millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Avropa.info xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakı Olimpiya Stadionunda Portuqaliya yığmasına 3:0 hesabı ilə məğlub olub. 

Matçdan sonra məğlubiyyətə görə yığmanın qapıçısı Şahruddin Məhəmmədəliyev azarkeşlərdən üzr istəyib.

Millinin üzvü İnstaqram səhifəsində bunları yazıb: "Azərbaycan milli komandasının formasını geyinmək mənim üçün böyük şərəfdir. Sizi sevindirə bilmədiyimiz üçün üzr istəyirik".


Oxunma sayı: 9219

Oxşar yazılar