DÇ -2022: Millimiz Portuqaliyaya məğlub oldu

  • 22:08 - 07 Sentyabr

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi sentyabrın 7-də növbəti oyununu keçirib.

Avropa.info xəbər verir ki, millimiz A qrupundakı beşinci oyununda Portuqaliya yığmasını qəbul edib.

Bakı Olimpiya Stadionunda keçirilən matçda Azərbaycan millisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Azər Salahlı, Höccət Haqverdi, Namik Ələskərov, Emin Mahmudov, Mahir Emreli, Abbas Hüseynov, Elvin Bədəlov, Təmkin Xəlilzadə və Filip Ozobiç yer alıblar.

Portuqaliya seçməsinin heyətində isə meydana Ruy Patrisiu, Pepe, Ruben Diaş, Rafael Gerreyro, Joau Palinya, Joau Moutinyu, Andre Silva, Bernardu Silva, Brunu Fernandeş, Joau Kanselu və Dioqu Jota çıxıbıar.

İtaliyalı FIFA referisi Marko Quidanı idarə etdiyi oyunda Portuqaliya yığması 3:0 hesablı qələbə qazanıb. Portuqaliya millisinin heyətində Bernardu Silva, Andre Silva və Diogo Jota fərqləniblər.

Hesabında 13 xal olan Portuqaliya millisi qrupda birinci pillədə qərarlaşıb. Serbiya 10 xalla ikinci, Lüksemburq 6 xalla üçüncüdür. Hesabında 1 xal olan İrlandiya və Azərbaycan seçmə komandaları 4-5-ci pilləni bölüşürlər.

Millimiz növbəti oyununu oktyabrın 9-da doğma meydanda İrlandiya komandasına qarşı keçirəcək.


Oxunma sayı: 2311

Oxşar yazılar