Erməni qadın azyaşlı uşaqlarıyla birgə Xankəndidən Şuşaya keçməyə çalışdı - Rus sülhməramlıları müdaxilə etdi

  • 01:37 - 07 Sentyabr

Avqustun 1-də hazırda isə dörd azyaşlı uşağı ilə Xənkəndidə yaşayan İzaura Balasanyan övladları ilə birgə yenidən Şuşaya qayıtmağa cəhd edib.

O, Rusiya sülhməramlılarının müdaxiləsilə saxlanılaraq geri göndərilib.

Avropa.info xəbər verir ki, bu haqda məlumatı Ermənistan mətbuatı yayıb.

Qadının sözlərinə görə, onu bu addımı atmağa hazırda qaldığı evin sahibi vadar edib. Belə ki, o, ev kirayəsini 100 min dramdan 150 min dramadək artırıb.

Erməni qadın müvafiq qurumlara kömək üçün müraciət etdiyini və artıq itirəcək heç nəyinin olmadığını bildirib.

O, həmçinin uşaqların atasının uzun illər öncə ürək tutmasından öldüyünü də qeyd edib.


Oxunma sayı: 5116

Oxşar yazılar