Azərbaycan, Türkiyə və Pakistanın "Üç qardaş" birgə döyüş təlimləri başlanır - FOTO

  • 16:43 - 06 Sentyabr

Sentyabrın 6-da Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə baş tutacaq “Üç qardaş – 2021” beynəlxalq təliminin keçiriləcəyi ərazi ilə tanış olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, Müdafiə nazirinə təlimə hazırlıq prosesi və digər təşkilati məsələlərlə bağlı məruzə edilib.

Təlimin yüksək səviyyədə təşkili və keçirilməsi üçün müvafiq göstərişlər verilib


Oxunma sayı: 6579

Oxşar yazılar