PKK terrorçuları Güney Azərbaycanda kəndlərə basqın etdi : Uşaqları döydülər, qadınları qaçırmaq istədilər... - Rəsmi Tehran olaylara göz yumur (VİDEO)

  • 14:58 - 06 Sentyabr

Güney Azərbaycanda PKK terrorçuları kəndə hücum edib, qadınları qaçırmağa cəhd edib, azyaşlı uşaqları döyüb və məlumatlara görə, kəndin kişilərindən bir neçə nəfəri özləri ilə aparıblar.

Avropa.info xəbər verir ki, bu haqda Güney Azərbaycandan olan jurnalist Mesut Haray sosial şəbəkə hesabında yazıb və kənddən çəkilən videonu paylaşıb. O bildirir ki, PKK-çılar Sulduz şəhəri yaxınlığındakı bəzi kəndlərə, o cümlədən Saxsıtəpə kəndinə basqın ediblər.

Jurnalistin yaydığı videolardan birində azyaşlı qız uşağı ağlayaraq anasının PKK-çılar tərəfindən qaçırılmağa cəhd edildiyini danışır. Bildirir ki, basqın edənlər anasını sürüyərək zorla maşına aparmaq istəyiblər: “Bu vaxt mən anamın qolundan yapışıb ağladım, onlar məni vurdular”. Videoda qız uşağının gözünün altının yumruq zərbəsindən qaraldığı görünür.

“Güney Azərbaycanın Sulduz şəhərinin Saksıtəpə kəndindən acı xəbər: bir Türk, bir Kürd kəndlisinin davasından sonra PKK terrorçuları Saxsıtəpə kəndində türk ailələrinin evlərinə basqın edir, onları zorla aparır. Qız uşaqlarını, qadınları döyüblər və 15 ailəni evlərindən qovublar”,-jurnalist yazır.

Başqa videoda isə qucağında körpəsini tutan qadın PKK-çıların onu qaçırmaq istədiyini göz yaşları içində danışır.

Bildirilir ki, kəndlilər evlərini tərk edərək qonşu kəndlərə sığınıblar, kənd sakini bəzi kişilərin PKK-çılar tərəfindən qaçırıldığı da deyilir. Mesut Haray PKK-çılara İran dövlətinin də dəstək verdiyini, onların bölgədə türklərə qarşı terror mühiti yaratdığını deyir.


Oxunma sayı: 4258

Oxşar yazılar