Bayraktar ailəsi dünyaya səs salan Türk PUA-larının istehsalı yolunda hansı bədəlləri ödədi? - Əmisi oğlu öldürüldü, evləri girov götürüldü, FETÖ-nün təhdidləri...

  • 16:42 - 04 Sentyabr

Türkiyənin Pilotsuz Döyüş Təyyarələri  istehsalında ödədiyi bədəlləri açıqlayan Təhlükəsizlik Üzrə mütəxəssis, təqaüddə olan polkovnik Mete Yarar, əvəssiz PUA-ları ilə dünyada ad çıxarmış Bayraktar ailəsinin yaşadığı acılardan danışıb.  

Avropa.info xəbər verir ki, CNN Türk-ün canlı yayınında danışan Mete Yarar, bir dönəm ASELSAN şirkəti başda olmaqla müdafiə sənayesi sahəsində çalışan bir çox insanın hələ də üstü açılmayan ölümlərindən danışarkən, Bayraktar ailəsinin də qurban verdiyini açıqlayıb.

"Bayraktar ailənin qardaşları bu müəssədə işləyir. Ortaqlar da qardaşdır. Selçuk Bayraktarın əmisi oğlu şübhəli bir ölümlə evində ölü tapıldı. Həmin şəxs şirkətin maliyyə işlərinə rəhbərlik edirdi. Öldürüldüyü söyləndi, ancaq cinayətkar hələ də tapılmayıb. 

Mete Yarar: Masada kazanırsınız - Memurlar.Net

METE YARAR 

Ailənin bugünkü nöqtəyə gəlməsi ilə əlaqədar proseslərə baxdığınız zaman, şirkət hələ İHA və SİHA istehsal etmədiyi zamanlarda, yəni ötən əsrin 90-cı illərində xarici şirkətlər bu şirkəti satın almaq istəyir. Yəni ortada bir məhsul olmadığı halda satın almaq istəyirlər. Çünki, prosesi başındaca dayandırmaq istəyirdilər. Şirkət ilk dəfə İHA və SİHA istehsalı üzərində çalışmağa başlayarkən, onları ciddi şəkildə təhdid edirlər. Müdafiə sənayesi sahəsində tenderdə qalib gələn şirkətə pul verilir və layihə həmin pul mənbəyi ilə həyata keçirilir. Bayraktar ailəsinə nəinki pul verirlər, hətta onlardan girov qoymalarını istəyirlər. Ailə evlərini girov olaraq verir. Daha sonra onlara təlim üçün yer ayrılmır. Lakin, onlara yardım edən ordu zabitləri də olur. Maraqlıdır ki, həmin zabitlər sonradan Erkenekon, Balyoz olayları zamanı həbs olunublar. Yəni, Bayraktar ailəsinə yardım edən zabitlər FETÖ-nün hədəfi olublar. 

Ordunun bir hissəsi bu ailəyə bu layihələri həyata keçirmək üçün hər cür kömək edərkən, ordunun bir hissəsi də ailənin qarşısını almaq üçün hər cür yollara baş vurub", - deyə Mete Yarar bildirib.

Avropa.info


Oxunma sayı: 17447

Oxşar yazılar