Əfqanıstanı nəzarətə götürən "Taliban"ın 6 nəfərlik lider heyəti : içlərində keçmiş nazir müavini də var - "ƏL-CƏZİRƏ" TELEKANALI AÇIQLADI (FOTO)

  • 00:54 - 22 Avqust

ABŞ dəstəkli əfqan hökumətləri ilə 20 il vuruşan və NATO-nun ölkədən çıxması ilə Əfqanıstanda hakimiyyəti qısa müddətdə nəzarətə götürən "Taliban" hazırda 6 açar isim tərəfindən idarə olunur. 

Avropa.info xəbər verir ki, bu haqda Qətərin "Əl-Cəzirə" telekanalı məlumat yayıb. Telekanal "Taliban"ın 6 nəfərlik lider heyətindəki adları da açıqlayıb.

1.Hibatullah Axundzadə, "Taliban"ın dini lideri hesab olunur. "Taliban"ın siyasi, dini və hərbi qərarlarında son sözü Axundzadə söyləyir. Onun təxminən 60 yaşında olduğu güman edilir. Axundzadə, sələfi Axtar Mansurun 2016-cı ildə Əfqanıstan-Pakistan sərhədində ABŞ tərəfindən öldürülməsindən sonra, "Taliban"ın lideri olub. Hibatullah Axundzadə 1980-ci illərdə Əfqanıstanda sovet hərbi əməliyyatlarına qarşı islamçı müqavimətə qoşulub. 

hibatullah-ABJs

Hibatullah Axundzadə

Daha çox dini lider olan Axundzadə, 1990-cı illərdə Əfqanıstanda şəriət məhkəmələrinin başçısı vəzifəsində çalışıb. Hazırda onun harada olduğu məlum deyil. "Taliban"ın başına keçməzdən əvvəlki 15 il ərzində Axundzadənin Pakistanın cənub -qərbindəki kiçik bir şəhər olan Kuchlakdakı bir məsciddə dini dərs keçdiyi bildirilir. 

2.Molla Məhəmməd Yaqub, "Taliban" qurucusu Molla Ömərin oğlu və hərəkatın hərbi işlərinə rəhbərlik edən şəxs. Yerli mətbuatın yazdığına görə, o, Əfqanıstandadır. 30 yaşlarında olan Molla Yaqubun 2016 -cı ildə Axtar Mansur öldürüldükdən sonra "Taliban"ın yeni lideri olması təklif edildi. Lakin, "Taliban" liderlərindən bəziləri Molla Yaqubun çox gənc olduğunu əsas gətirərək Axundzadənin yeni lider seçilməsini təklif ediblər. 

3.Siracəddin Hakkani, "Taliban"ın keçmiş komandirlərindən olan Cəlaləddin Haqqaninin oğlu, hərəkatın maliyyə və hərbi aktivlərini idarə edən Haqqani əşirətinin lideridir. Siracəddin Hakkaninin 50-yə yaxın yaşı olduğu bildirilir. 
 

4."Taliban"ın qurucularından olan Molla Abdulgani Baradar hazırda hərəkatın siyasi ofisinə rəhbərlik edir. O, həmçinin "Taliban"ın Dohada danışıqlar aparan qrupunun aparıcı simalarındandır. Molla Ömərin ən etibarlı komandirlərindən biri olduğu bildirilən Baradar, 2010 -cu ildə Pakistanın cənubundakı Karaçi şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs olunmuş və 2018 -ci ildə sərbəst buraxılmışdır. Həmin vaxtdan etibarən "Taliban"ın Doho danışıqlarına rəhbərlik edən Baradar, bir neçə gün öncə ölkəyə qayıdıb. 

molla-baradar2-6sks

Molla Abdulgani Baradar

5.Şir Məhəmməd Abbas Stanikzay, 2001 -ci ildə "Taliban" hökuməti ABŞ tərəfindən devrilməzdən əvvəl nazir müavini idi. 10 ildən artıqdır ki, Qətərin paytaxtı Dohada yaşayır. 2015 -ci ildə Dohoda "Taliban"ın siyasi ofisinin lideri olub. Şir Məhəmməd Abbas Stanikzay, "Taliban"ın Dohoda apardığı danışıqlara da qatılıb. Eyni zamanda, bəzi ölkələrə səfərlərdə də "Taliban"ı təmsil edib.

ser-muhammed-uRZ4

Şir Məhəmməd Abbas Stanikzay

6.Abdulhakim Hakkani, "Taliban"ın ilk hakimiyyəti dövründə məhkəmə sədri olub. O, "Taliban"da dini şuraya rəhbərlik edir, Axundzadənin ən yaxın adamlarından hesab olunur.

Avropa.info


Oxunma sayı: 22683

Oxşar yazılar