Ankara, Moskva və Pekin qarşısında təşəbbüsü əldən verən ABŞ-ın dünya hökmranlığı sona çatdı -"National Interest"dən SENSASİON ANALİZ

  • 12:32 - 09 Avqust

ABŞ-ın "National Interest" jurnalının köşə yazarı Mark Katz qələmə aldığı məqaləsində ABŞ -ın dünya hökmranlığının sona çatacağını yazıb.

Avropa.info xəbər verir ki, Katz qələmə aldığı məqaləsində ABŞ -ın son illərdə dünyanın müxtəlif yerlərində hərbi gücünü tədricən azaltdığını bildirib.

Katz, xüsusilə Tramp dövründə NATO müttəfiqləri ilə qarşıdurma yaşadığını, Bayden dövründə bunun düzəldilməsi təsüratının yaradıldığını, lakin irəliyə doğru addım atılmadığını qeyd edib.  

"Baydenin Trampın razılaşmalarını yenidən təsdiq etməsi və "ABŞ geri döndü" deyərək Rusiya və Çin kimi potensial rəqiblərinə meydan oxumasına baxmayaraq, ABŞ-ın xarici siyasətdə  geriləməyə davam etməsi bir həqiqətdir. 

Son olaraq, ABŞ -ın Əfqanıstandakı hərbi varlığını geri çəkməsi və daha sonra Yaxın Şərqdə, xüsusən də İraqda hərbi gücünü azaldacağına dair siqnallar, bunun taktiki bir manevr və ya ABŞ -ın hegemon gücünün sonunun çatması ilə bağlı suallar doğurur. Sovet İttifaqının dağılmasından sonra ABŞ dünyada yeganə hakim güc idi, lakin 21 -ci əsrin əvvəllərində bu tezis şübhələrə səbəb oldu. Vaşinqtonun hegemonluğu sona çatmaq üzrədir. Bunun əsas göstəricilərindən biri ABŞ-ın Əfqanıstan və İraqda genişmiqyaslı və uzunmüddətli əməliyyatlarda üstünlük əldə edə bilməməsidir. Vaşinqton 2008 -ci ildə Gürcüstanda və 2014 -cü ildə Ukraynada baş verənlərlə bağlı Rusiyaya cavab verə bilmədi. Xüsusilə Suriya və Yəməndə, eləcə də Liviyada, Yaxın Şərqdəki böhranları həll etmək təşəbbüsünü Ankara, Moskva və Tehran buraxdı.

Vaşinqton, Çinin artan gücünə mane ola bilmədi. Vaşinqtonun müttəfiqlərini rəqibləri ilə əməkdaşlığı dayandırmağa razı sala bilməməsi, hegemonluğunun bitdiyinin başqa bir əlamətidir", deyə Katz yazısında qeyd edib.

Avropa.info


Oxunma sayı: 17051

Oxşar yazılar