"Ciyərlərimizi yandıranların ciyərlərini yandırmaq boynumuzun borcudur" -Ərdoğan yanğınlarda terror şübhəsi haqda

  • 02:44 - 05 Avqust

"Yanğınlarla bağlı əvvəlcə saxlanılanlar var idi, sonra da həbs olunanlar. Həbs olunanların ailələrinin PKK ilə əlaqəli olduğunu təyin etdik."

Avropa.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telekanallara müsahibəsində deyib. Ərdoğan meşə yanğınları ilə bağlı terror iddialarını istisna etməyib.

"Ötən il Hatayda baş verən meşə yanğınlarında bunu çox açıq şəkildə yaşadıq. Belə bir şey varmı, yoxmu, polis, kəşfiyyat təşkilatımız araşdırmalarını aparır. Varsa, əlbəttə ki, bunun üzərində gedəcəyik. Ciyərlərimizi yandıranın, ciyərlərini yandıracağıq. Bu qədər canlı yandı. Bal, arı pətəklərimiz yandı. Bunları görməyəcəyikmi? Bir çox vətəndaşımızın çörəyi bundan çıxırdı. Vətəndaşlarımızın arı pətəklərini alıb verəcəyik, onları yarı yolda qoymayacağıq. 

Bu yanğınlarla bağlı xəbərlər, sənədlər, məlumatlar polis, jandarma və kəşfiyyatımız tərəfindən ətraflı izlənilir. Biz onları təqib edirik. Xüsusilə, meşələrimizə qarşı mənfur hücum planlarını yaxından izləyirik. Ciyərlərimizi yandıranların ciyərlərini qoparmaq boynumuzun borcudur",deyə Ərdoğan qeyd edib.

Avropa.info


Oxunma sayı: 5787

Oxşar yazılar