SON DƏQİQƏ: Türkiyədə İstilik Elektrik Stansiyası yanır -Güclü külək yanğını sürətlə yayır (FOTOLAR)
- 00:43 - 05 Avqust
Türkiyənin Muğla vilayətinin Milas rayonunda yanğına müdaxilələr davam edərkən, küləyin təsiri ilə istiqaməti dəyişən yanğın Kəmərköy İstilik Elektrik Stansiyasına yayılıb.
Avropa.info xəbər verir ki, hazırda ərazidəki elektrik naqillərindən qığılcımlar düşür. Yanğının güclü külək səbəbindən 30-40 metirlik yolu sıçrayıb elektirik stansiyasına çatdığı deyilir.Elektirik Stansiyasından edilən açıqlamada partlayıcı maddələrin binadan çıxarıldığı, partlayış təhlükəsi olmadığı, sadəcə binanın yana biləcəyi qeyd olunub.
A Haber telekanalına danışan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, "İstilik elektrik stansiyası yanma təhlükəsi ilə üz -üzədir" deyib.
Milas Bələdiyyə sədri Məhəmməd Tokat da məlumatı təsdiqləyib.
"Alov istilik elektrik stansiyasını bürüdü, heyət təxliyə edilir, - mer tvitter sosial şəbəkəsindəki hesabında yazıb.
Qeyd edək ki, Kəmərköy İstilik Elektrik Stansiyası Türkiyənin 30-cu böyük elektirik stansiyasıdır.