"Yanğınların söndürülməsində Türkiyəyə ən önəmli dəstəyi qardaş Azərbaycan verir" -Ərdoğan İlham Əliyevlə telefon danışığı haqda

  • 00:30 - 05 Avqust

“Bu gün qardaşım İlham Əliyevlə telefon söhbətimiz oldu. Texniki xidmətdən çıxacaq bir “Amfibiya” təyyarəsindən bəhs etdi İlham Əliyev. Onu da bizə göndərəcək."

Avropa.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeli telekanallara müsahibəsində deyib.

Ərdoğan, yanğınların söndürülməsində və yayılmasının qarşısını alınmasında Azərbaycanın ilk gündən öz dəstəyini əsirgəmədiyini bildirib: 

"Bizə dəstək verən hər bir dövlətə təşəkkür edirəm. Burada ən önəmli dövlət qardaş Azərbaycandır. Hazırda bir yanğınsöndürmə helikopteri və çox sayda heyəti ilə ölkəmizdə yanğınla mübarizə aparırlar. “Amfibiya” təyyarəsinin də gəlməsi ilə bərabər, yanğınsöndürən təyyarələr məsələsi daha yaxşı xidmət etmiş olacaq".


Oxunma sayı: 9538

Oxşar yazılar