İlham Əliyevin təlimatı ilə sabah Azərbaycandan Türkiyəyə 1 təyyarə və 40 yanğınsöndürən maşın göndəriləcək - Çavuşoğlu AÇIQLADI

  • 21:50 - 04 Avqust

Sabah səhər qarda. Azərbaycandan 1 təyyarə ilə 10 personal və 40 yanğınsöndürən maşınla birlikdə 150 personal ölkəmizə gələcək. Bu gün Azərbaycanın fövqəladə hallar naziri cənab Kamaləddin Heydərov mənə zəng etdi və Prezident cənab İlham Əliyevin təlimatı əsasında sabah Azərbaycandan Türkiyəyə dəstək üçün yeni heyətin göndəriləcəyini bildirdi."

Avropa.info xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Antaliyadakı yanğınlarla əlaqədar keçirilən mətbuat konfransında deyib.

Cavuşoğlu qeyd edib ki, Azərbaycan təyyarəni ilk gündən göndərmək istəyib, lakin texniki xidmət olduğu üçün sabah gələcək. XİN rəhbəri Qətərdən 666 nəfərlik bir heyyətin gəldiyini, Türkiyədəki bir şirkətin isə İsraildəki bir şirkətdən 2 təyyarə kirayələdiyini qeyd edib.


Oxunma sayı: 11793

Oxşar yazılar