Banqladeşdə gəmini ildırım vurub, ölənlər var

  • 21:00 - 04 Avqust

Banqladeşin şimal-qərbində Rajşahi bölgəsində gəmiyə ildırım düşməsi nəticəsində ölənlər və yaralananlar var.

Bu barədə yerli hökumət rəsmisi bildirib.

Hadisə Padma çayının sahilində baş verib. Bildirilib ki, toy məclisinin keçirildiyi kiçik gəmi çayın suyunun artması ilə əlaqədar sahilə yan alıb və bu zaman qəfil çaxan ildırım gəmini vurub. Hadisə nəticəsində 15 nəfər hadisə yerində ölüb, daha 2 nəfər isə xəstəxanaya aparılarkən həyatını itirib.

Ölənlərdən 7-si bir ailənin üzvüdür. Hadisə nəticəsində 15 nəfər xəsarət alıb.(APA) 


Oxunma sayı: 3334

Oxşar yazılar