Azərbaycanda Ermənistanın daha bir hərbçisinin meyiti tapılıb

  • 20:13 - 04 Avqust

Azərbaycanın Füzuli rayonu ərazisində Ermənistan ordusunun bir hərbçisinin meyiti tapılaraq təxliyə edilib.

Bu barədə məlumatı “Aysor” yayıb.

Meyitin kimliyi məhkəmə-tibbi ekspertizasından sonra müəyyən olunacaq.

Məlumata görə, Azərbaycanın işğaldan azad edilən ərazilərindən 2020-ci il noyabrın 10-dan sonra 1 630 nəfərin meyiti aşkarlanaraq Ermənistana təxliyə edilib.

Xatırladaq ki, meyiti tapılan hərbçilər İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan ordusu tərəfindən məhv ediliblər.(report) 


Oxunma sayı: 1904

Oxşar yazılar