Füzulidə faciəvi qəza: iki avtomobil toqquşdu – 1 NƏFƏR ÖLDÜ, 4 NƏFƏR XƏSARƏT ALDI

  • 15:09 - 04 Avqust

Füzuli rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisə baş verib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya verilən xəbərə görə, rayonun Araz Dilağarda kəndi ərazisində rayon sakinləri Ş.Quliyevin idarə etdiyi “Mercedes” və S.Əsədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Qəza nəticəsində hər iki sürücü və 3 sərnişin xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Cəsur Əsədov avqustun 3-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 3785

Oxşar yazılar