Nazir Ziya Məmmədovun kadrını işdən çıxardı - FOTO

  • 17:56 - 04 Avqust

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi müavini İbrahim Əliyevi tutduğu vəzifədən azad edib. 

Avropa.info bildirir ki, qaynarinfo-nun əldə etdiyi məlumatına görə, R.Nəbiyevin müvafiq əmri ilə İ.Əliyevin yerində Anar Rzayev təyin olunub. 

Qeyd edək ki, İbrahim Əliyev sabiq Nəqliyyat naziri Ziya Məmmədovun 21 avqust 2015-ci il tarixli əmri ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi müavini təyin olunmuşdu.


Oxunma sayı: 3257

Oxşar yazılar